\
23 Aprel 2024 - Çərşənbə axşamı

Qobustanda avtomobil yanıb

Qobustanda avtomobil yanıb
1348baxış

Qobustan rayonunda avtomobil yanıb.

Mediapress.az-ın xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsindən anidən yanğın başlayıb. Lakin avtomobili söndürmək mümkün olmayıb.

Xoşbəxtçilikdən ölən və yaralanan olmayıb.

Faktla bağlı araşdırma aparılır.