\
28 Mart 2024 - Cümə axşamı

Cəlilabadda biçilmiş taxıl sahələrində yanğın olub

Cəlilabadda biçilmiş taxıl sahələrində yanğın olub
1336baxış

Cəlilabad rayonunda yanğın olub.

Mediapress.az-ın Muğan bürosunun məlumatına görə, hadisə rayonun Pərdi və Cəngan kəndlərində qeydə alınıb.

Kənd sakinlərinə məxsus 5 hektar biçilmiş taxıl sahəsi yanıb.

Hadisə yerinə rayon yanğından mühafizə hissəsinin əməkdaşları və 2 texnika cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.