\
24 Aprel 2024 - Çərşənbə

Göygöldə avtomobil yol kənarındakı maneə çırpılıb, xəsarət alanlar var

Göygöldə avtomobil yol kənarındakı maneə çırpılıb, xəsarət alanlar var
1284baxış

Göygöl rayonunda yol qəzası olub.

"Mediapress.az"ın Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhər ərazisində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində 1977-ci il təvəllüdlü N. Həsənova və 2004-cü il təvəllüdlü Ə.Həsənova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.