“Deutsche Bank”ın baş direktoru: “Almaniya qaz böhranına yaxşı hazırlaşıb”
1361
Almaniya iqtisadiyyatı Rusiyadan tədarükün mümkün dayandırılması səbəbindən mümkün qaz böhranına hazırdır.
“Mediapress.az” xəbər verir ki, bunu “Deutsche Bank AG”-ın baş direktoru Kristian Zeving bəyan edib.
Onun sözlərinə görə, Almaniyanın iqtisadiyyatı sabitdir, güclüdür: “Əminəm ki, birgə fəaliyyət nəticəsində Almaniya iqtisadiyyatı enerji təchizatında yaranan fasilənin öhdəsindən gələ biləcək. Almaniya iqtisadiyyatının sabitliyi güclü maliyyə sektoruna əsaslanır və bunun üçün ölkə bankları kollektiv şəkildə məsuliyyət daşıyır”.
Zevinq əlavə edib ki, Rusiyanın təbii qazın idxalını tamamilə dayandırması tənəzzülə səbəb ola bilər, lakin Almaniya bunun nəticələrinin nə qədər pis olsa da, öhdəsindən gələcək.