\
27 Noyabr 2024 - Çərşənbə

Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub

Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
1364baxış

İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Bu barədə "Mediapress.az"a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.