Britaniyanın Azərbaycandakı səfiri işğaldan azad olunan ərazilərə gedib
1332
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Füzuli rayonunun Şükürbəyli kəndinə gedib.
Mediapress.az xəbər verir ki, bunu diplomat tviter səhifəsində yazıb.
“Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik. Azərbaycan-Böyük Britaniya əməkdaşlığını genişləndirmək və riskləri azaltmaq üçün birgə işləyirik. Bizim bu regionun minalardan təmizlənməsinə verdiyimiz dəstək artıq milyon funt-sterlinqdən çoxdur”, - C.Şarp vurğulayıb.