Bolqarıstan Prezidenti parlamentin buraxılmasına dair sənəd imzalayıb
1334
Bolqarıstan Prezidenti Rumen Radev bazar ertəsi parlamentin buraxılması haqqında fərman imzalayıb.
“Mediapress.az” xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, R.Radev Bolqarıstanın 47-ci Parlamentinin avqustun 2-də buraxılması və bu il oktyabrın 2-nə yeni seçkinin təyin edilməsi barədə sənəd imzalayıb.
O, digər fərmanla Qılıb Donevin başçılıq etdiyi müvəqqəti hökumət qurub.