\
20 Aprel 2024 - Şənbə

Liviyada partlayış olub, 7 nəfər ölüb, 51-i yaralanıb

Liviyada partlayış olub, 7 nəfər ölüb, 51-i yaralanıb
1304baxış

Liviyada neft tankeri partlayıb.

Mediapress.az “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə ölkənin "Bint Bayya" ərazisində baş verib.

Partlayış nəticəsində 7 nəfərin öldüyü, 51 nəfərin isə yaralandığı bildirilib.

Yaralıların təxliyəsi üçün əraziyə helikopter göndərilib.

Partlayışın səbəbi hələ ki, məlum deyil.