\
27 Noyabr 2024 - Çərşənbə

Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub

Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub
1342baxış

Bakıda Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub.

Mediapress.az” Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində Bakı Dəniz Vağzalı yaxınlığında qazaxıstanlı köçərilərin ənənəvi yaşayış məskəni qurulub.

2022-ci il avqustun 6-dan avqustun 31-dək alaçıqda “Welcome to KZ” turizm məlumat mərkəzi fəaliyyət göstərəcək. Bundan başqa, burada iki sərginin keçirilməsi planlaşdırılır. Onlardan biri daimi olacaq, digəri isə hər həftə dəyişdiriləcək.

Bu sərgilərdə Qazaxıstan haqqında müxtəlif stendlər təqdim olunacaq.