\
27 Noyabr 2024 - Çərşənbə

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb
1351baxış

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə” dəyişiklik edilib.

Mediapress.az xəbər verir ki, dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.

Nazirliyin vəzifələri sırasına orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq da əlavə edilib.