Avropa Komissiyası Moldovaya maliyyə yardımının birinci tranşını ayırıb
1338
Avropa Komissiyası (AK) Moldovaya 50 milyon avro məbləğində makroiqtisadi yardımın birinci tranşını göndərib.
Mediapress.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Ziqfrid Mureşan deyib.
“Bu gün Avropa Komissiyası Moldovaya 150 milyon avro məbləğində makroiqtisadi yardımdan 50 milyon avro məbləğində birinci tranşı köçürüb”, - o bildirib.
Onun sözlərinə görə, bu vəsait Moldovaya qaçqın axını, enerji böhranı və koronavirus pandemiyası səbəbindən yaranan maliyyə ehtiyaclarının bir hissəsini ödəməyə imkan verəcək.