\
20 Aprel 2024 - Şənbə

Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq

Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
1300baxış

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.

Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən bildirilib.

Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.