Bakıda “Kiğılı”nın müdirinin meyiti tapıldı
1367
Bakıda məşhur mağaza şəbəkəsinin filial müdirinin anbarda meyiti tapılıb.
Mediapress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 566-cı məhəllə ünvanında yerləşən “Kiğılı” geyim mağazasında qeydə alınıb.
Belə ki, “Elmlər” filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.
Onun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.