\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Ağstafalı şəhid izdihamla dəfn olundu

Ağstafalı şəhid izdihamla dəfn olundu
1711baxış

Naxçıvanda hərbi xidmətdə ikən erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgərimiz dəfn edilib.

Mediapress.az xəbər verir ki, şəhid Adil Tatarov anadan olduğu Ağstafa rayonu Qıraq Kəsəmən kəndində dəfn edilib. 19 yaşlı A.Tatarovun dəfnində yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri də iştirak edib.