FHN əməkdaşının özünü öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
1395
Gəncədə Fövqəladə Hallar nazirliyinin əməkdaşı intihar edib.
Hadisə ilə bağlı FHN-nin İctimaiyyətlə Əlaqələr İdarəsinin mətbuat xidməti şöbəsinin əməkdaşı Azad Sarıyevlə əlaqə saxladıq.
A.Sarıyev Bakupost.az –a açıqlamasında bildirib ki, hadisə qeyri-iş saatlarında baş verib:
“23 yaşlı Təbriz Süleymanov ötən gün yaşadığı evdə özünü asaraq intihar edib. Mərhum FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub. Qeyd etdiyim kimi, hadisə qeyri-iş vaxtında olub.
Bizdə də ətraflı məlumat yoxdur. Hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparır”.