\
27 Noyabr 2024 - Çərşənbə

Səfir: "Azərbaycanın Ukraynaya humanitar yardımından on minlərlə vətəndaş istifadə edib"

Səfir: "Azərbaycanın Ukraynaya humanitar yardımından on minlərlə vətəndaş istifadə edib"
1464baxış

“Bu aylar ərzində Azərbaycanın Ukraynaya humanitar yardımından on minlərlə vətəndaş istifadə edib. Buna görə təşəkkürümü bildirirəm”.

Mediapress.az” xəbər verir ki, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

“Bu gün unikallığı ilə fərqlənir. Çünki Ukraynaya humanitar yardımın coğrafiyası genişlənir. Bu gün 100 tondan çox yardım Bakı və Gəncə şəhər icra hakimiyyətlərinin vasitəsilə Ukraynaya göndərilir”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, bu, iki ölkənin ərazi vahidləri arasında əlaqələrin genişlənməsindən əlavə, ölkələrimiz və xalqlarımız arasında dostluğu da nümayiş etdirir: “Bu dostluq səmimidir. Ona görə də bu yardım sadəcə formallıq olaraq yox, ürəkdən göndərilir. Bu səbəbdən bu yardım dəyərlidir”.