Ukrayna Kosovodakı sülhməramlılarını çıxarır
1442
Ukrayna Kosovoda sülhməramlı missiyada iştirak edən hərbçilərini geri çağırmağa qərar verib.
“Mediapress.az” UNIAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, hazırda Kosovodakı sülhmrəamlı heyətin Ukraynaya qaytarılması istiqamətində tədbirlər görülür.
Xatırladaq ki, iyulun 31-də Kosovonun şimalında serblərlə toqquşmalar baş verib.
Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo ordusunun ölkənin şimalında serblərə hücum edəcəyini iddia edib.