\
27 Noyabr 2024 - Çərşənbə

Aqrar Sığorta Fondu sığortaçı seçir

Aqrar Sığorta Fondu sığortaçı seçir
1453baxış

Aqrar Sığorta Fondu daşınar əmlakının və nəqliyyat vasitələrinin sığortası üçün kotirovka sorğusu elan edib.

Mediapress.az” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 22-si, saat 17:00-a qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 23-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.