\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Dünən Bərdədə aptekdə yanğın baş verdi

Dünən Bərdədə aptekdə yanğın baş verdi
1386baxış

Dünən axşam saatlarında Bərdədə aptekdə yanğın hadisəsi baş verib.

Mediapress.az FHN-nin məlumatına əsasən xəbər verir ki, Bərdə rayonunda ümumi sahəsi 156 m2 olan ikimərtəbəli binanın (aptek kimi fəaliyyət göstərir) birinci mərtəbəsində 5 m2 sahəyə yığılmış dərman preparatları və 1 ədəd kondisioner yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

İlkin müşahidələr göstərib ki, yanğın cərəyandakı qısaqapanma nəticəsində baş verib.