\
17 Avqust 2022 - Çərşənbə

Putin taxıl probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür edib

Putin taxıl probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür edib
1212baxış

Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Mediapress.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib.

“Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”, - Rusiyanın dövlət başçısı deyib.