\
27 Noyabr 2024 - Çərşənbə

Nazirlik əhaliyə xəbərdarlıq etdi!

Nazirlik əhaliyə xəbərdarlıq etdi!
1379baxış
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) son zamanlar aktual olan fişinq (phishing) hücumları ilə əlaqədar vətəndaşlara tanımadıqları şəxslər tərəfindən göndərilən mesajlara və e-poçt məktublarına qarşı həssas yanaşmağı tövsiyə edir". Bu barədə nazirlikdən bildirilib Vətəndaşlardan xahiş olunur ki, onlara göndərilən şübhəli keçidlərə daxil olmasınlar, bu tipli mesaj və məktublarla göndərilən faylları yükləməsinlər, doğruluğundan əmin olmadıqları mesajları digər şəxslərə yönləndirməsinlər, onlara yönləndirilən belə mesajlara etibar etməsinlər və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar: "Həmçinin vətəndaşlara tanımadıqları mənbələrdən daxil olan zənglərə qarşı diqqətli olmaq, zəng və ya mesaj vasitəsilə onlara məxsus fərdi məlumatlar tələb edildikdə, bu məlumatları təqdim etməmək tövsiyə edilir". Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil edir, internet informasiya ehtiyatlarının monitorinqini həyata keçirir, baş vermiş kiberhücumlarla bağlı məlumatların operativ qəbulunu təşkil edir. ETX hücumlara qarşı müvafiq tədbirlər görür, həmçinin mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir. Vətəndaşlardan xahiş olunur ki, hər hansı kiberhücum halları ilə qarşılaşdıqda www.cert.az internet informasiya ehtiyatı və [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.