\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Yay Olimpiya Oyunları İndoneziyada keçirilə bilər

Yay Olimpiya Oyunları İndoneziyada keçirilə bilər
1453baxış

2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunları İndoneziyada keçirilə bilər.

"Mediapress.az" İndoneziya Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, ölkə Olimpiadanın Nusantara şəhərində təşkili üçün namizədliyini irəli sürəcək.

Komitə daha əvvəl 2032-ci ildəki analoji yarışın keçirilməsi məqsədi ilə müraciət etsə də, Avstraliyanın Brisben şəhəri ilə rəqabətdə uduzub.

Qeyd edək ki, İndoneziyada paytaxtın Cakartadan Kalimantana köçürüləcəyi planlaşdırılır. Kalimantan isə Nusantara adlandırılacaq.