\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Timo Verner sabiq klubuna qayıdıb

Timo Verner sabiq klubuna qayıdıb
1475baxış

İngiltərənin "Çelsi" klubundan ayrılan Almaniya millisinin futbolçusu Time Verner ölkəsinin "Leyptsiq" komandasına keçib.

"Mediapress.az" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu sabiq klubu ilə 4 illik müqavilə bağlayıb. O, 11 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Timo Verner "Çelsi"yə 2020-ci ildə 53 milyon avro qarşılığında məhz "Leyptsiq"dən keçmişdi.