534 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib - Azərbaycanda
1513
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.