Dünyada neft tədarükü iyul ayında postpandemiya dövrünün maksimumuna çatıb
1491
OPEC+ ölkələrində neft hasilatının artması, həmçinin bir sıra regionlarda texniki təmir işlərindən sonra sənayenin əhəmiyyətli dərəcədə bərpası fonunda iyul ayında dünyada neft tədarükü postpandemiya dövrünün maksimumuna çatıb.
“Mediapress.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında deyilir.
Məlumata görə, iyul ayında dünyada neft tədarükü gündəlik 100,5 milyon barelə çatıb, bu isə 2020-ci ilin yanvarından sonra ən yüksək göstəricidir.
BEA 2022-ci ildə dünyada orta neft tədarükünün gündəlik 100 milyon barel təşkil edəcəyini gözləyir.