\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum olub

Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum olub
1394baxış

Dünən Bakının Binəqədi rayonunda kafedə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Mediapress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.