\
27 Noyabr 2024 - Çərşənbə

Çin Tayvanın 7 məmuruna qarşı sanksiya tətbiq edəcək

Çin Tayvanın 7 məmuruna qarşı sanksiya tətbiq edəcək
1499baxış

Çin Tayvanın yeddi məmurunu adanın müstəqilliyinin tərəfdarları siyahısına daxil edib və onlara qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Bu barədə “Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, məhdudlaşdırıcı tədbirlər Tayvanın ABŞ-dakı nümayəndəsi Syao Meytsinə, Milli Təhlükəsizlik Şurasının baş katibi Qu Lisyuna, Demokratik Mütərəqqi partiyasının üzvləri Ke Szyanminə və Van Dinyuya, siyasi fəal Lin Feyfana, siyasətçi Çen Szyaoxuaya, həmçinin qanunverici məclisin vitse-spikeri Say Siçana aiddir.

Adıçəkilən şəxslərin hər biri ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfəri zamanı onunla görüşüb.

“Sinxua”nın məlumatına görə, sadalanan şəxslərə və onların ailə üzvlərinə Çin Xalq Respublikasına, həmçinin Makao Çinin xüsusi inzibati rayonları - Honkonq və Makaoya girişi qadağan olunub. Qeyd olunur ki, onlara aidiyyəti olan təşkilatlara fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etmək qadağandır. Bundan əlavə, sadalanmış şəxslərlə əlaqəli olan müəssisələrə, habelə onların sponsorlarına materikdə kommersiya fəaliyyəti göstərməyə icazə verilmir. Agentlik qeyd edir ki, onlara qarşı digər tədbirlər də nəzərdə tutulub.

Məlumatda o da vurğulanır ki, bu gün dərc olunan siyahı tam deyil.

Həmçinin qeyd olunur ki, müvafiq məhdudlaşdırıcı tədbirlər daha əvvəl adanın tərəfdarları siyahısına salınmış Tayvan Baş naziri Su Çjençana, Qanunverci Yuan (parlament) spikeri Yu Sikunya və Tayvan xarici işlər naziri U Çjaoseyə də aid edilir