\
27 Noyabr 2024 - Çərşənbə

Azərbaycana turist axını 2 dəfədən çox artıb

Azərbaycana turist axını 2 dəfədən çox artıb
1530baxış

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 171 ölkədən 832 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Mediapress.az”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Gələnlərin 26,4 %-i Rusiya, 21 %-i Türkiyə, 11,6 %-i İran, 6,8 %-i Səudiyyə Ərəbistanı, 4,8 %-i Gürcüstan, 3 %-i Pakistan, 2,6 %-i Hindistan, 2,5 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2 %-i Ukrayna, 1,9 %-i Qazaxıstan, 1,5 %-i Küveyt, hər birindən 1,4 % olmaqla İsrail və Oman, hər birindən 1,2 % olmaqla Böyük Britaniya və Özbəkistan, 10,7 %-i digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 75,3 %-ni kişilər, 24,7 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 351,2 dəfə, Küveytdən - 166,6 dəfə, Omandan - 156,9 dəfə, Pakistandan - 31,9 dəfə, Hindistandan - 18,2 dəfə, Bəhreyndən - 8,6 dəfə, BƏƏ-dən - 7,3 dəfə, İsraildən - 7,1 dəfə, Qazaxıstandan - 5,8 dəfə, ABŞ-dan - 4,4 dəfə, Almaniyadan - 3,2 dəfə, Fransadan - 2,8 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,8 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 22,5% artıb.

2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 202,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 41,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 278,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62 %-i hava, 36,4 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.