\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Nardaranda dənizdə batan şəxsin meyiti tapıldı

Nardaranda dənizdə batan şəxsin meyiti tapıldı
1454baxış

Dənizdə ("Nardaran-2" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.