Xarkov atəşə tutuldu - Ölənlər var
1477
Xarkov şəhərinin Saltovski rayonunun atəşə tutulması nəticəsində azı 6 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Bu barədə Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O qeyd edib ki, Xarkovun yaşayış infrastrukturu yenidən atəşə tutulub və nəticədə genişmiqyaslı yanğın baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Partlayış nəticəsində həlak olan və yaralananların sayının artacağı gözlənilir. (“Qafqazinfo”)