\
27 Noyabr 2024 - Çərşənbə

TƏBİB: Beşəmlərin vəziyyətində müsbət dinamika izlənilir

TƏBİB: Beşəmlərin vəziyyətində müsbət dinamika izlənilir
1436baxış

11.08.2022-ci il tarixində doğulan beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir.

TƏBİB-dən bildirilib ki, beşəmlərin hər birinin vəziyyəti ağır stabildir, hər biri küvez rejimindədir, monitor nəzarətindədir. Nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırılırlar.

"Hazırda I-II-III taylar binazal zond vasitəsilə nəmlənmiş oksigen alır, IV-V taylar ekstubasiya olunub “CPAP” rejimində respirator tənəffüs dəstəyi alır, III-IV-V taylara fototerapiya aparılır. Hal-hazırda vəziyyətlərində müsbət dinamika izlənilir".