\
23 Sentyabr 2024 - Bazar ertəsi

Zuğulbada dənizdə batan şəxsin meyiti tapılıb

Zuğulbada dənizdə batan şəxsin meyiti tapılıb
1440baxış

Dənizdə ("Zuğulba 3" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.

Bu barədə Mediapress.az-a FHN-dən məlumat verilib. Xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.