“Rusiya və ABŞ arasında strateji təhlükəsizlik üzrə danışıqlar mümkün deyil” - XİN- dən SƏRT BƏYANAT
“Hazırda Rusiya və ABŞ arasında strateji təhlükəsizlik üzrə danışıqlar Vaşinqtonun aqressiv siyasətinə görə mümkün görünmür”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib:
“Vaşinqtonun Rusiyaya qarşı yürütdüyü ehtiyatsız və aqressiv siyasəti nəzərə alsaq, danışıqların bərpası ehtimalı heç də real görünmür” – Ryabkov vurğulayıb.
Rusiyalı diplomat əlavə edib ki, Moskva Vaşinqtonun strateji təhlükəsizlik mövzusuna dair bəyanatlarını izləyir. Lakin bu bəyanatların arxasında nəyin dayandığı bəlli deyil.
Xatırladaq ki, Rusiyanın ABŞ-dakı səfirliyi “START III” müqaviləsinin 3,5 ildən sonra başa çatacağını açıqlayıb. Buna baxmayaraq Vaşinqtondan strateji sabitlik üzrə ikitərəfli dialoqun bərpası ilə bağlı konkret təkliflər daxil olmayıb.