\
23 Sentyabr 2024 - Bazar ertəsi

Ukrayna müharibədəki itkilərini açıqlayıb

Ukrayna müharibədəki itkilərini açıqlayıb
1481baxış

Ukraynanın Rusiya ilə 6 aydır davam edən müharibədə itkilərinin sayı açıqlanıb.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib.

Onun sözlərinə görə, müharibədə 9 minə yaxın hərbçi həlak olub.

V.Zalujnı bildirib ki, müharibədə nəinki hərbi qulluqçular, hətta azyaşlı uşaqlar da iştirak edirlər: "Bizim balaca övladlarımızın heç bir günahı yoxdur, onların yeganə "günahı" yalnız burada doğulmalarıdır. Onlar həqiqətən nə baş verdiyini anlamırlar. Lakin onların həm Soledar, Baxmut, Velika Novosilka yaxınlığında, həm də burada müdafiəyə ehtiyacı var. Çünki onların ataları cəbhəyə gedib və ölən 9000-ə yaxın qəhrəman arasında ola bilər".

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bəri Rusiya ordusunun 45 500 hərbçisi məhv edilib.