\
23 Sentyabr 2024 - Bazar ertəsi

Sürücü təkər təmiri zamanı faciəli şəkildə ölüb

Sürücü təkər təmiri zamanı faciəli şəkildə ölüb
1464baxış

Hacıqabulda bədbəxt hadisə baş verib.

Hadisə Hacıqabuun Udulu qəsəbəsində qeydə alınıb. 1-ci Udulu kənd sakini, 1991-ci il təvəllüdlü Əzizov Şöhrət yük maşınının təkərini təmir edərkən təkərdən qopan dəmir ling onun başına dəyib və hadisə yerində ölüb.

Qeyd edək ki, Ş.Əzizov 4 uşaq atasıdır. Faktla bağlı araşdırma aparılır.