MN: Rusiya ordusu Nikolayev vilayətinin inzibati sərhədlərinə çıxıb
Rusiya Silahlı Qüvvələri hücum əməliyyatı nəticəsində Xerson vilayətinin 36 kvadrat kilometr ərazisini nəzarətə götürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiya Federasiyasının Silahlı Qüvvələri Komsomolskoye yaşayış məntəqəsi və Nikolaev vilayətinin 12 kv.km ərazisi üzərində nəzarəti təmin edib, vilayətin inzibati sərhədlərinə çıxıb.
"Rusiya Federasiyasının Hava Kosmik Qüvvələri Slavyansk və Konstantinovka vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin iki briqadasının müvəqqəti yerləşdirmə məntəqələrini vuraraq 200-ə qədər millətçini məhv edib. RF Silahlı Qüvvələri Donetsk istiqamətində hücumu inkişaf etdirir, Maryinka azad edilib, onun 75%-dən çoxu artıq müttəfiq qüvvələrin nəzarəti altındadır",- deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub/ (apa)