Boris Conson Ukraynanı təbrik edib
1508
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanı müstəqilliyinin 31-ci ildönümü münasibəti ilə təbrik edib.
Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. “Fevralın 24-dən indiyədək biz Ukraynaya digər Avropa ölkələrindən daha çox silah vermişik. Biz Ukraynaya həmçinin 7 min tank əleyhinə raket yollamışıq. 100 minədək ukraynalı bizim ərazimizdə sığınacaq tapıb” – deyə hökumət başçısı bildirib. (apa)