\
23 Sentyabr 2024 - Bazar ertəsi

Prezidentin köməkçisi “Qarabağ”la bağlı paylaşım etdi

Prezidentin köməkçisi “Qarabağ”la bağlı paylaşım etdi
1474baxış

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Tvitter" səhifəsində “Qarabağ” futbol klubu ilə bağlı paylaşım edib.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə “Viktoriya”ya uduzan “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.