\
27 Noyabr 2024 - Çərşənbə

“Samur” gömrük postunda dəhşətli qəza - Türkiyəli sürücü öldü

“Samur” gömrük postunda dəhşətli qəza - Türkiyəli sürücü öldü
1497baxış

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 16:00 radələrində qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü Elmir Salahov DSX-yə məxsus olan xidməti “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən Bakı-Quba yolunun 201-ci kilometrliyində Rusiyadan Azərbaycana keçən TIR, gömrük terminalında türkiyəli sürücünü vurub. Nəticədə 1974-cü il təvəllüdlü İsmayıl Şahin yük maşınının altında qalaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.