\
27 Noyabr 2024 - Çərşənbə

Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub
1543baxış
Ukraynanın 5-ci prezidenti Petro Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) üzvü olub.
 
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.
 
Petro Poroşenko 2014-2019-cu illərdə Ukraynanın beşinci prezidenti, 2009-2010-cu illərdə xarici işlər naziri, 2012-ci ildə isə ticarət və iqtisadi inkişaf naziri vəzifələrində çalışıb. Hazırda Ukraynanın xalq deputatıdır.
 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müxtəliflik, tolerantlıq, dialoq, anlaşma və müştərək cəmiyyətlər prinsiplərinə həsr olunmuş beynəlxalq təşkilatdır.
 
Mövcud olduğu 10 il ərzində mərkəz 20-dən çox ölkədə (o cümlədən Azərbaycan, Belçika, Çin, Misir, Yunanıstan, İtaliya, İordaniya, Latviya, Polşa, İsveçrə, Türkiyə, ABŞ və s.) 24 Ali Səviyyəli Görüşlərə, 10-dan çox Fakt Araşdırıcı Missiyaya və 20-dən çox koordinasiya görüşlərinə ev sahibliyi edib.