\
23 Sentyabr 2024 - Bazar ertəsi

Dəhşətli qəzada ölən şəxs Metropoliten əməkdaşı imiş - Xanımı da müəllimə - FOTOLAR

Dəhşətli qəzada ölən şəxs Metropoliten əməkdaşı imiş - Xanımı da müəllimə - FOTOLAR
1708baxış

Ötən gün Bakı şəhəri Suraxanı rayonunda - Zığ şosesində baş vermiş dəhşətli yol qəzasında həyat yoldaşı ilə birgə vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaş olub.  Müşfiq Mustafayev xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Hadisə nəticəsində onun 267 saylı orta məktəbdə müəllim işləyən həyat yoldaşı Anargül Mustafayeva da dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün Zığ şosesində “Hyundai” markalı 99 TS 376 dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxaraq qəzaya düşməsi nəticəsində ər-arvad hadisə yerində həlak olub.

Nizam Rza