Polkovnik Adıgözəl Adıgözəlovun 60 illiyidir - FOTOLAR
1046
Bu gün Azərbaycanın daxili işlər orqanlarında peşə fəaliyyəti ilə seçilən polis polkovniki Adıgözəl Adıgözəlovun doğum günüdür. Xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən A.Adıgözəlov Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi vəzifəsində çalışıb.
A.Adıgözəlovun bu gün 60 yaşını qeyd edir.
Polis polkovniki 25.08. 1962-ci ildə Qubadlı rayonunda anadan olub. O, 1979-1983-cü ildə Naxçıvan Dövlət Pedoqoyi instutunda təhsil alıb. 1983-1990-cı ildə oxuduğu Qaracallı kənd orta məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyət göstərib.
Artıq 1990-cı ildən Daxili işlər orqanlarında fəaliyyətə başlayan A.Adıgözəlovun ilk iş yeri elə Qubadlı rayonu olub. O, güc strukturunda çalışa-çalışa parallel olaraq 1992-ci ildə Polis Akademiyasına qəbul olub.
Akademiyanı 1997-ci ildə başa vurub. 1993-cü ildən DİN-nin Baş Cinayət Axtarış İdarəsində müxtəlif vəzifələrdə, 2001-ci ildən Baş İctimai Təhlükəsizlik İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra şöbə rəisi vəzifəsində işləyib.
Peşə fəaliyyəti dövründə təltiflər, beynəlxalq sertifikatlara layiq görülüb. Qeyd edək ki, polkovnik A.Adıgözəlov ölkədə uşaqların sosial və hüquqi müdafiəsinin təşkili, bəzi qanunvericilik aktlarının yenilənməsinin, eləcə də yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili ilə bağlı bir sıra layihələrin ideya müəllifi və təşkilatçısı olub.
O, xidməti illərində dünya ölkələrinin uşaq müdafiəsi sahəsində tətbiq etdiyi beynəlxalq normaların və praktikanın Azərbaycana gətirilməsində, ölkədə uşaqların təhlükəsizliyini və müdafiəsini təşkil edən ən önəmli sistemlərin tətbiqində mühüm rol oynayıb.
Mediapress.az