\
23 Sentyabr 2024 - Bazar ertəsi

Avtomobil 82 yaşlı piyadanı vuraraq öldürüb

Avtomobil 82 yaşlı piyadanı vuraraq öldürüb
1409baxış

Bakıda avtomobil 82 yaşlı kişini vuraraq öldürüb.

Hadisə avqustun 30-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, Ruslan Qəşəm oğlu Baxışovun idarə etdiyi "Toyata Prius" markalı avtomobil yolu keçən 1940-cı il təvəllüdlü Əliqulu Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.

Faktla bağlı araşdırma aparılır.