Azərbaycan polisi Laçın şəhərində xidmət başında - FOTOLAR
Bir neçə gündür Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları və Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin mərkəzində xidmətə başlayıb.
"Report"un Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, polis əməkdaşları bir neçə gündür şəhərin mərkəzində xidmət aparır.
Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub.
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.