\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Sonuncu şəhidimizə medal təltif edildi

Sonuncu şəhidimizə medal təltif edildi
1479baxış

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.

Bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.

Mediapress.az