\
23 Sentyabr 2024 - Bazar ertəsi

Şəhidin əkiz bacı və qardaşı dünyaya gəlib - EKSKLÜZİV - FOTOLAR

Şəhidin əkiz bacı və qardaşı dünyaya gəlib - EKSKLÜZİV - FOTOLAR
1992baxış
44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Sadiq Vəliyev də var. 2001-ci ildə Ağdaşın Xosrov kəndində anadan olan Sadiq Vəliyev 2020-ci ilin noyabrında Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra o, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, "Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Əlavə edim ki, Sadiq Vəliyev evin yeganə övladı olub. 
 
Mediapress.az-ın əldə etdiyi məlumata əsasən, iki ildən sonra - məhz Laçının azad edildiyi gün - 26 avqustda Vəliyevlər ailəsinə yenidən gün doğub. Sadiqin anasının əkiz övladı dünyaya göz açıb: qız və oğlan. Hər ikisinin vəziyyəti hal-hazırda normaldır. 
 
Məxsusi olaraq qeyd edim ki, yeni doğulan körpəyə şəhid qardaşının adı veriləcək. Bax belə... Qəhrəmanlar ölmür, yenidən doğulur! 
 
Hazırladı: Könül Aypara, Məlahət Mələk