Təhsil tələbə krediti almaq üçün bal həddi aşağı salınıb
1474
1-ci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq müəyyən edilib.
Bununla bağlı qərar Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının iclasında qəbul edilib.
Qeyd edək ki, bu günə qədər tələbə qəbulu imtahanında toplanan ümumi balın aşağı həddi 300 bal idi.
Məlumat üçün bildirək ki, qəbul balı yalnız 1-ci kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ÜOMG balı nəzərə alınacaq. Sosial TTK almaq üçün heç bir bal limiti yoxdur.