\
27 Noyabr 2024 - Çərşənbə

İranda 68 nəfər vəbaya yoluxdu

İranda 68 nəfər vəbaya yoluxdu
1554baxış

İranın Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzi bu ölkədə ilin əvvəlindən avqustun 27-nə kimi altı əyalətdə vəba xəstələrinin sayını açıqlayıb.

 
APA-nın məlumatına görə, altı əyalətdə 68 nəfərdə vəbaya yoluxma qeydə alınıb. İndiyədək vəba virusundan ölüm faktı qeydə alınmayıb.
 
 
68 nəfər İranın Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, Buşehr, Kirman və Qum vilayətində aşkar edilib.
 
 
Bildirilir ki, onların təxminən 58 nəfəri Kürdüstan və Kirmanşah əyalətlərində bu xəstəliyə yoluxub.