\
23 Sentyabr 2024 - Bazar ertəsi

Oğuzda dağlıq ərazidə yanğın başlayıb

Oğuzda dağlıq ərazidə yanğın başlayıb
1440baxış

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.

"Mediapress.az"ın Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun şimal hissəsində yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon dövlət yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğın davam edir.