\
27 Noyabr 2024 - Çərşənbə

İlham Əliyev Vyetnamın prezidentini təbrik edib

İlham Əliyev Vyetnamın prezidentini təbrik edib
1619baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukaya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Mediapress.az xəbər verir ki, İlham Əliyev məktubda Vyetnamın dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə böyük nailiyyətlər əldə etmiş dövlət olduğunu vurğulayıb.